Lənkəranda transformator yanıb

Lənkəranda transformator yanıb

Gündüz saatlarında Lənkəranda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Lənkəran şəhərində transformatorun içərisində olan yağ açarı və qoruyucu yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib.

Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə