Silahlı şəxs yaxalandı

Bakıda polis daha bir silahlı şəxsi yaxalayıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qaqaş Musayevdən nömrəsi silinmiş "Naqan" tipli tapança və 5 ədəd patron götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə