6070 ABŞ dollarını alıb qaçdı

6070 ABŞ dollarını alıb qaçdı

Bakıda aldatma yolu ilə oğurluq edən şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Bakı şəhər sakini Röyal Həmzəyevi aldadaraq 6070 ABŞ dollarını almış həmyerlisi Hikmət Ələsgərov tutulub.

Nərimanov rayonunda mağazan oğurluq edən şəxslər də tutulub. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 7-də Elnur Səfərova məxsus mağazadan və bu il yanvarın 29-da Fazil Qasımova məxsus köşkdən pul, tütün məmulatı və spirtli içki oğurlamış Bakı şəhər sakinləri Murad Mirzəyev və Vüsal Səmədov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə