İŞİD hərbi bazaya hücum etdi 1 general, 9 əsgər ölü

İŞİD hərbi bazaya hücum etdi 1 general, 9 əsgər ölü

İraqın qərbində yerləşən hərbi bazaya təşkil edilən terrorçu-kamikadze hücumu nəticəsində 1 general, 9 əsgər həlak olub. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hücum Haditda şəhəri yaxınlığında baş tutub.

Terror aktı hərbi forma geyinmiş İŞİD terrorçuları tərəfindən törədilib. Hücumda həyatını itirən generalın yüksək rütbəli hərbçi Əli Abbud olduğu bildirilib.

Hadisə nəticəsində 8 əsgər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə