4 otaqlı ev yandı

Ağsuda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan 4 otaqlı mənzilin ev əşyaları 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə