Sabirabad rayonunda 11 yaşlı əlil uşaq kanalda batıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə fevralın 29-da Sabirabad rayonunun Nizamikənd kəndində qeydə alınıb. Kənd sakini, 1-ci qrup əlil, 11 yaşlı Rəhman Sadıqov evinin yaxınlığından keçən su kanalına yıxılaraq boğulub. Uşağın meyiti sudan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB