6 İŞİD terrorçusu öldürüldü

6 İŞİD terrorçusu öldürüldü

Suriyadakı müxalif qüvvələr İŞİD terror təşkilatının idarəsi altında olan Qarakörpü kəndində hərbi əməliyyat həyata keçiriblər. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, müxalif Sultan Murad və Mutəsim briqadalarında xidmət edən qüvvələr Azez mahalının şərqində yerləşən İŞİD mərkəzlərini top və yüngül silahlarla atəşə tutublar.

Əməliyyatlar nəticəsində 6 İŞİD terrorçusu öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə