Masallı rayonunda partlayış baş verib. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.
Yanıq xəsarəti almış H.Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB