Şəmkirdə oğru tutuldu

Şəmkir rayonunda avtomobildən oğurluq edən şəxs tutulub. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, fevralın 25-də Şəmkir rayonunun 20 yanvar küçəsində Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus "Mercedes" markalı avtomobildən içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçmaq istəyib. Ancaq bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, faktla bağlı Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə