Şamaxı və Astarada yanğın olub

Şamaxı və Astarada yanğın olub

Şamaxı və Astara rayonlarında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şamaxının Mərzəndiyə kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Astara rayonunun Siyakü kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və mətbəxin tavanı 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə