Bakıda kafedə yanğın

Bakıda kafedə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan "SƏMA" kafesinin mətbəxində qaz balonunun alışması nəticəsində lambrindən ibarət tavan 10 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə