Bərdədə ev sahibini döyərək xeyli miqdarda pul və qızıl aparan maskalı şəxslərdən biri tutulub
Bərdə rayonunda evə basqın edərək xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparan maskalı şəxslərdən biri saxlanılıb. Bu barədə Bərdə rayon Polis Şöbəsindən bildirilib.
Saxlanılan şəxs Bərdə rayonunun Soğanverdilər kənd sakinidir.
Qeyd edək ki, ötən gecə Soğanverdilər kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evində girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar. V. Bayramov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Evdən ümumilikdə 6 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB