Ağsuda yanğın

Ağsuda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd döşək yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 13:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə