Maşını sərxoş halda idarə edib
Aktyor həbs edildi

Türkiyədə yayımlanan "İlişki Durumu Karışık" serialına çəkilən aktyor Pamir Pekin sərxoş halda maşın idarə etdiyinə görə 25 günlük həbs cəzası alıb. Aktyor 2 illik həbs cəzası ilə məhkəməyə verilib. Pamir sərxoş olduğunu etiraf edib. O, peşmançılıq hissi keçirdiyini vurğulayıb.

Məhkəmə tərəfindən aktyora 55 gün həbs cəzası verilsə də, onun yaxşı insan olması və adının belə hadisələrdə hallanmamasına görə cəzası azaldılaraq 25 gün edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə