Bakıda avtomobillərdən akkumlyator oğurlayan şəxs yaxalanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nizami RPİ 24-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-na keçən gecə Bakı şəhər sakini Yavər Cəfərova məxsus "KamAZ" markalı avtomobildən akkumulyator oğurlamış paytaxt sakini Vüsal Zeynalzadə tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayının 16-dan 19-dək olan müddətdə daha 3 nəfərə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB