Samuxda yanğın

Samuxda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Qovlarsarı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan köməkçi tikilinin tavanı 16 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə