Bir gündə 73 cinayət

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 73 cinayət faktından 27-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə