Günün yanğın hadisələri

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Füzuli rayonunda baş verib. Belə ki, rayonun Böyük Bəhmənli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə