Bakıda 3 avtomobilin toqquşması nəticəsində 1 nəfər həlak olub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, fevralın 14-də Sabunçu qəsəbəsi Aeroport şossesində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Seyfəl Əliyevin idarə etdiyi "Kia-Cerato", 1988-ci il təvəllüdlü Ruslan Məmmədovun idarə etdiyi "Nissan-Teana" və 1989-cu il təvəllüdlü Mirməmməd Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə, S.Əliyevin sərnişini, anası 1942-ci il təvəllüdlü Zemfira Ağayeva aldığı xəsarətdən 3 saylı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB