Lənkəranda ev yandı

Lənkəran rayonunda yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Boladi kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanıb.

Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə