Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevralın 12-də Abşeron rayonunun Hökməli qəsəbəsində qəsəbə sakini Balahacı Nağıyev idarə etdiyi "VAZ-21074" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini həmyerlisi Elman Mikayılov xəstəxanaya yerləşdirilib, E.Mikayılov orada ölüb.
Faktla bağlı Bakı Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Bundan başqa Bilgəhdə silah-sursat tapılıb. DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən "TT" markalı tapança və 48 ədəd tapança patronu tapılıb. Tapılan silah-sursat 14-cü Polis Bölməsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB