Evin saunası yandı

Bakıda evin saunasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində saunanın yanar konstruksiyaları və taxta üzlüyü 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə