ABŞ-ın Nyu York şəhərində tikinti işləri üçün istifadə edilən kran aşıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, qəza Nyu Yorkun Manhettın rayonunun Vors və Vest küçələrinin kəsişdiyi yerdə baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Nyu Yorkun yanğınsöndürmə xidmətindən verilən məlumata görə, tikinti kranının içində olan 1 nəfər yerindəcə keçinib, 2 nəfər isə ağır yaralanıb.
Nyu York Bələdiyyə rəisi Bil De Blasionun jurnalistlərə verdiyi açıqlamada qəzanın yerli saatla 08.25 radələrində baş verdiyi məlum olub. Bələdiyyə rəisi qəzanın səbəbinə aydınlıq gətirərkən bildirib ki, şiddətli külək olduğundan tikinti işçisi kranın ölçüsünü azaltmaq istəyib lakin bu zaman kran aşıb.
![]()
![]()
![]()
![]()
![]()
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB