Göygöldə yanğın

Göygöldə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Şəhriyar kəndində vətəndaşa məxsus ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli 3 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlamasının 3 tonu və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 46 kv.m sahədə, damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə