Şabran və Sumqayıtda yanğın

Fevralın 5-i gecə saatlarında Şabran rayonu və Sumqayıt şəhərində yanğın hadisələri qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şabran rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqdan ibarət tikilinin 1 otağında ev əşyaları 30 kv.m və digər otağın tavanı 15 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi və 1.6 ton ot bağlaması yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan birmərtəbəli 4 otaqlı yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Ev yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə