FHN azyaşlıları xilas etdi

Bakıda 2 azyaşlı bağlı qapı arxasında qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN ) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və uşaqları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:39-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə