Bakı polisinin qanunsuz silah əməliyyatı

Bakı polisinin qanunsuz silah əməliyyatı

Bakıda polis qanunsuz silah saxlanılması ilə bağlı əməliyyat keçirib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Cəbrayıl rayon sakini Gündüz Rəsulovdan "Makarov" markalı tapança və 8 ədəd patron götürülüb.

Onun Xırdalan şəhərindəki evinə baxış zamanı isə lüləsi və qundağı kəsilmiş "İJ" markalı tüfəng və 19 ədəd patron da aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə