1 ton 100 kq at əti aşkarlandı

Polis Bakıya satmaq üçün gətirilən 1 tondan artıq at ətini aşkarlayıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi "Ford" markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə