Evdə qumarxana aşkarlanıb

Biləsuvarda evində qumarxana təşkil edən şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırmandalı kənd sakini Elnur Qasımovun evində qumarxana təşkil etməsi müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə