Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. Belə ki, kənd sakininə məxsus, ümumi sahəsi 234 kv/m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 1 otağın tavanı 36 kv.m sahədə və ev əşyaları yanıb. Hadisə yerinə FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB