Rusiyada axtarılan şəxs Azərbaycanda saxlanılıb

Rusiyada axtarılan şəxs Azərbaycanda saxlanılıb

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə axtarışda olub. DİN-in Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Zülfüqar Qəmbərov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə