Yanğın 80 yaşlı qadının həyatına son qoydu

Yanğın 80 yaşlı qadının həyatına son qoydu

Tovuz rayonunda baş vermiş yanğın hadisəsində 80 yaşlı qadın yanaraq ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Quşçu kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının cəsədi aşkar edilib. Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə