667 yol-nəqliyyat hadisəsi baş verib

667 yol-nəqliyyat hadisəsi baş verib

Ötən il paytaxt ərazisində baş vermiş 667 yol-nəqliyyat hadisəsində 202 nəfər həlak olub, 850 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, əvvəlki dövrlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 19,7 faiz, həlak olanların sayı 30,8 faiz, xəsarət alanların sayı 4,9 faiz azalıb.

Yol hərəkətinə nəzarət prosesində 18,0 faiz çox və ya 883.907, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 6.822, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 4.564, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 7.831 inzibati xəta aşkar edilib. Nəticədə həm ümumi qayda pozuntularının, həm də kobud qayda pozuntularının aşkarlanması artıb, habelə 134 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə