Siyəzən rayonunda inzibati binada yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yenikənd kəndində ümumi sahəsi 300 kv.m olan inzibati binanın döşəməsi 2 kv.m sahədə və giriş qapısı yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB