Həm pullarından, həm də mənzillərindən oldular

1 mənzili 4 nəfərə satdılar, 32 nəfər dələduzluğun qurbanı oldu
Həm pullarından, həm də mənzillərindən oldular

Paytaxtın Binəqədi rayonunda bir tikinti şirkətinin fırıldağından bəhs edəcəyik. "Xudafərin MTK" tikinti şirkəti Atatürk Prospekti 30-78 ünvanında tikdirdiyi binadan bir mənzili 4 nəfərə satıb. Zərərçəkənlər onlara dəyən zərərin ödənilməsini və hüquqlarının bərpa edilməsini istəyirlər. Siz də belə tələyə düşməmək üçün bu xəmərimizi qaçırmayın.

Mənzil sahibi olmaq istədilər ancaq həm pullarından, həm də mənzillərindən oldular. Paytaxtın Binəqədi rayonunda Atatürk prospekti 30-78 ünvanındakı bu binanın təməli 2001-ci ildə qoyulsa da 14 ildir ki, istismara verilməyib. Üstəlik 32 nəfərin mənzili eyni anda 4 nəfərə satılıb.

Zərərçəkənlərin sözlərinə görə "Xudafərin MTK" bir neçə dəfə satılmış mənzilləri növbəti qurbanlara satmağa davam edir. Tikinti şirkəti hətta müştəriləri mənzilin onlara aid olmasına inandırmaq üçün reyestrdən saxta çıxarış da verib. İllərdir problemlərinin həll olunmadığıını bildirən sakinlər hüquqlarının bərpa edilməsini istəyirlər. "Xudafərin MTK"-dan isə onlara olduğu kimi bizə də cavab verən olmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə