Şirvan kanalının Göyçay rayonunun Bığır kəndindən keçən hissəsində üzərində zorakılıq əlamətləri görünməyən və qismən çürüməyə məruz qalmış 60-65 yaşlı kişi meyiti tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları onun ötən il dekabrın 12-də itkin düşmüş İsmayıllı şəhər sakini Bəxtiyar Nəsirov olduğunu müəyyənləşdirib.
Qeyd edək ki, B.Nəsirov keçmiş polis zabitidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB