3 lotereya təşkilatçısı məsuliyyətə cəlb edilib

3 lotereya təşkilatçısı məsuliyyətə cəlb edilib

2015-ci il ərzində "Azərlotereya" ASC-nin müraciətlərinə əsasən 20 yeni lotereya oyunu qeydiyyata alınıb və bütövlükdə qeyd olunan təşkilat tərəfindən keçirilən lotereyaların sayı 29-a çatıb. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, dövr ərzində, müxtəlif müəssisələr tərəfindən 87 stimullaşdırıcı lotereya keçirilib.

Hesabat dövründə lotereyaların təşkili və keçirilməsi sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 3 stimullaşdırıcı lotereya təşkilatçısı İnzibati

Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə