Sumqayıt sakini həbs olundu

Sumqayıtda qadınları cinsi istismara məruz qoyan şəxs tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Aisə Əlizadə bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyub.

Bu fakt İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə o tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə