Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Cəlilabadda əməliyyat keçirib
Cinayətkar dəstə ifşa edildi

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Cəlilabadda əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər külli miqdarda narkotik maddə ilə saxlanılıb. Polis saxlayarkən onlardan külli miqdarda saxta əskinas da aşkar edib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Cəlilabad rayon Seyidbazar kəndində əməliyyat keçirib. Nəticədə əvvəllər də məhkum olunmuş Hacıbala Nərimanov saxlanılıb. Ondan 20 kiloqram 185 qram tiryək və 2 kiloqram 265 qram marixuana götürülüb.

Hacıbala Nərimanovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Teymurova verəcəyi müəyyən edilib. Tədbirlərin davamı olaraq Asəf Teymurov da tutulub. Ondan da 492 ədəd saxta 100 manatlıq əskinas götürülüb və onları həmyerlisi Rövşən Abbasovdan aldığı müəyyən edilib. Görülmüş tədbirlərlə Rövşən Abbasov da saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Daxili işlər orqanlarının əməkdaşları yanvarın ilk 10 günündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumilikdə 125 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə müsadirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə