Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etməkdədir. DSX-dan SİA-ya verilən məlumata görə, 07.01.2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Biləsuvar rayon sakinləri Cəfərov Fuad Abbasqulu oğlu və Rəhimov Samir Ataş oğlu 1000 qutu "MM" markalı və 470 qutu "Continental" markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıb.
09.01.2016-cı il tarixdə isə həmin sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşad Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə saxlanılıb.
10.01.2016-cı il tarixdə Füzuli rayon Əhmədalılar kənd ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycanda İrana keçməyə cəhd göstərərkən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanılıblar. Saxlanılan şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.
Hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB