Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Morris Garages" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə