Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Neftçala rayonunda 1 nəfər çayın yanındakı bənddən sürüşərək batmaq təhlükəsi ilə üzləşib. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 09:13-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB