Meyitin kimliyi bəlli oldu
Göygöldə müəmmalı qətl

Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb. Qətlə yetirilənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi araşdırılır.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

****

Göygöldə meşədə meyiti tapılan şəxsin kimliyi məlum olub.

Yanvarın 10-da rayonun Şəhriyar kəndi yaxınlığında bıçaqlanaraq qətlə yetirilən şəxsin, rayonun Şəhriyar kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlu olduğu müəyyən edilib.

Onun öz həmkəndlisi tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə