Türkiyənin Çanaqqala vilayətində dəhşətli yol qəzası baş verib. Əcnəbi vətəndaşları daşıyan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması 6 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstanın Midili adasına yola düşən 17 ZE 245 nömrə nişanlı avtomobil, içərisində Suriya və Əfqanıstan əsilli vətəndaşlar olan avtobusla Ezine-Bayramiç yolunun Harharik körpüsü yaxınlığında toqquşub. Sərnişinlə dolu avtobus ağır zərbənin təsirindən körpüdən aşaraq dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan 2 nəfər, eləcədə zərbənin təsirindən çölə atılan 2 şəxs və avtobusun altında qalan 2 uşaq hadisə yerindəcə keçinib. Ümumilikdə qəzada 30 nəfər yaralanıb.
Qeyd edək ki, ölənlər arasında Azərbaycan vətəndaşı da var. Onlar avtomobilin sürücüsü Mehmet Çakır və baldızı Sevil Çakırdır. Sevil Çakır 10 ay əvvəl Azərbaycandan gələrək 38 yaşlı Ramazan Çakırla ailə həyatı qurub. Həlak olan qadın 6 həftəlik hamilə olub. Onun həyat yoldaşı ağır vəziyyətdə Çanaqqala Dövlət Xəstəxanasına çatdırılıb. Hazırda o reanimasiya şöbəsindədir, həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB