Tatarıstanda yanğın ana və 5 uşağı öldü

Tatarıstanda yanğın ana və 5 uşağı öldü

Rusiya Federasiyasının Tatarıstan Respublikasında baş verən yanğında 5 uşaq ölüb. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 9-da gecə saatlarında Stariy Kuvak kəndindəki fərdi evdə baş verib.

Yanğının söndürülməsinə 14 texnika, 36 yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra hadisə yerində 5 uşaq və ev sahibəsinin meyiti aşkar edilib.

Tatarıstan polisi hadisənin baş vermə səbəbini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə