Şamaxı sakininin evindən silah-sursat atpılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan "Brauninq 1900" markalı tapança götürülüb.
Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq "TOZ-1" markalı ov tüfəngi və 17 ədəd patron da aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB