Biləsuvarda ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m olan birmərtəbəli, kürsülü 4 otaqlı evdə baş verib. Belə ki, evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqdakı ümumi sahəsi 72 kv.m olan 3 otaqlı tikilinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 06:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB