Şəkidə 4 nəfər bağlı qapılar arxasında qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şəki şəhərində mənzildə 4 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Muhafizə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:40-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB