Şamaxıda vətəndaşdan odlu silah tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Əliyevdən nömrəsi silinmiş "Naqan" markalı tapança götürülüb. Ə.Əliyevə tapançanı satmış həmyerlisi Rövşən Sultanov da müəyyən edilərək tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB