2 nəfər bağlı qapı arxasında qaldı

2 nəfər bağlı qapı arxasında qaldı

Sumqayıtda iki nəfər bağlı qapı arxasında qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 11:25-də başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə